İdman

Azərbaycanla matçı buraxacaq

7 Sentyabr 2025 23:41
Baxış: 324
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnən Fransa millisinin üzvü Usman Dembelenin durumu ciddidir.

Milli.Az xəbər verir ki, arxa bud əzələsindən zədə alan PSJ-nin vingeri 6 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycan millisi ilə keçiriləcək görüşü buraxmalı olacaq.

PSJ-nin daha bir futbolçusu, Deziro Due də Fransa millisinin heyətində zədə alıb. Onun isə təxminən 4 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.

Qeyd edək ki, oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.