Qiyməti 8500 manatdan başlayan elektromobil batareyaları...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son dövrlər paytaxt küçələrində elektromobil idarə edən sürücülərlə tez-tez qarşılaşmaq olur. Bu avtomobillərin əksəriyyəti taksidə istifadə edilir. Sosial şəbəkələrdə bu avtomobillərin batareyaları ilə bağlı müxtəlif paylaşımlar edilir. Bu da elektomobil həvəskarlarında müxtəlif suallar yarıdır. Məsələn, bu avtomobillərin batareyaları hansı halda tez sıradan çıxır, qiyməti neçəyədir və s.
Elektromobil təmiri üzrə mütəxəssis Sübhan Abdullazadə deyir ki, batareyaların tez sıradan çıxmasının əsas səbəbləri kimi sürətli şarj, çox isti və ya soyuq hava şəraiti, həmçinin enerjinin tam bitməsi və ya tam dolmasıdır. Uzunömürlü istifadə üçün isə batareyanın dolmasını orta səviyyədə saxlamaq tövsiyə olunur.
O, lavə edib ki, elektromobillər üçün batareyalar xaricdə istehsal olunduğundan, lazım olduqda oradan gətirilir. Müasir elektromobillər üçün batareyaları tək-tək dəyişmək olmadığından qiymətləri 8500 manatla 34 min manat arası dəyişir.
Usta bildirib ki, hibrid və ya plagin hibridlərdə batareya sistemi nisbətən ucuz olur. Eləcə də köhnə elektromobillərin batareyaları ucuz olduğu qədər də, gec tapılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az