Sağlamlıq

Kardioloq: Sağlam yağlardan imtina etmək düzgün deyil

8 Sentyabr 2025 02:02
Baxış: 338
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kardioloq Devid Sabgir sağlam qidalanmada yağların tamamilə çıxarılmasının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, xüsusilə doymamış yağlar ürək-damar sağlamlığında mühüm rol oynayır.

Milli.Az-ın məlumatına görə, "EatingWell" portalına danışan mütəxəssis izah edib ki, mono doymamış yağlar "pis" xolesterinin səviyyəsini azaldaraq, "yaxşı" xolesterini artıra, həmçinin trigliseridlər və qan təzyiqi üzərində müsbət təsir göstərə bilər.

Sağlam yağların gündəlik rasionda yer alması ürəyi qoruyur, insult riskini azaldır və uzunmüddətli toxluq hissi yaradır.

Sabgir həmçinin vurğulayıb ki, bu yağlar orqanizmin A, D, E və K kimi yağda həll olunan vitaminləri mənimsəməsi üçün vacibdir. Bu vitaminlərin çatışmazlığı yorğunluq, dəri quruluğu və immun sisteminin zəifləməsi ilə nəticələnə bilər.

Sağlam yağların əsas mənbələri hansılardır?

Kardioloq aşağıdakı qidaları sağlam yağlarla zəngin mənbələr kimi sadalayır:

Qoz və fındıq kimi çərəzlər

Zeytun yağı

Çia və kətan kimi toxumlar

Yumurta

Avokado

O, xüsusilə avokadonun üstünlüklərini qeyd edərək bildirib:

"Avokado sağlam yağlarla zəngin yeganə meyvədir. Tərkibində çox az miqdarda doymuş yağ, şəkər və natrium var. Xolesterin isə ümumiyyətlə yoxdur".

Sabgir əlavə edib ki, doymamış yağlar balanslı və sağlam qidalanmanın vacib hissəsi kimi qəbul edilməlidir:
"Növbəti dəfə qəlyanaltı etmək istədikdə bir ovuc qoz-fındıq və ya avokado ilə yumurtalı tost seçin. Ürəyiniz sizə minnətdar olacaq".

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.