Türkiyə

İstanbulda mitinq keçirmək qadağan edildi

7 Sentyabr 2025 21:37
Baxış: 394
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulda insanların bir yerə toplaşaraq mitinq keçirməsi qadağan edilib.

Milli.Az-ın xəbərinə görə, bu barədə İstanbul valiliyi açıqlama yayıb.

Belə ki, Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında hər cür mitinq, mətbuat açıqlaması, yürüş və oxşar tədbirləri 10 sentyabra qədər qadağan edib.

Qadağaların səbəbi kimi müxalif Cumhuriyyət Xalq Partiyasının (CHP) mitinq çağırışları göstərilir. İstanbul Valisi Davut Gül açıqlamasında bu cür çağırışların ictimai asayişə zərər verdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.