Sağlamlıq

Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur

8 Sentyabr 2025 05:05
Baxış: 404
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Londonda alimlər süni intellektlə işləyən yeni stetoskop hazırlayıblar. Bu cihaz cəmi 15 saniyəyə ürək çatışmazlığını, ürək qapağı xəstəliklərini və ritm pozuntularını müəyyən edə bilir.

Milli.Az xəbər verir ki, ənənəvi stetoskopdan fərqli olaraq, yeni cihaz həm ürək döyüntülərini, həm də qan axınını analiz edir və sürətli EKQ çəkir. Toplanan məlumat süni intellekt tərəfindən yoxlanılır və nəticə dərhal həkimin telefonuna göndərilir.

Sınaqlar zamanı cihazdan istifadə olunan xəstələrdə ürək xəstəlikləri adi müayinələrlə müqayisədə 2-3 dəfə daha çox aşkar olunub.

Mütəxəssislər bildirir ki, bu texnologiya ürək xəstəliklərinin daha erkən aşkar edilməsinə kömək edəcək və insanların vaxtında müalicə almasına imkan yaradacaq./valyuta.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.