İdman

Güləş üzrə Avropa çempionatında Musa Verdiyev ikinci olub

16 İyun 2021 07:44
Baxış: 695
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Musa Verdiyev mübarizəyə dörddəbir finaldan qoşulub.

Güləşçimiz startda Moldova təmsilçisinə heç bir şans buraxmayıb. M.Verdiyev yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb.

İyunun 15-də baş tutan həlledici görüşdə rusiyalı güləşçi ilə bacarmayan M.Verdiyev gümüş medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.