İdman

Arteta "Arsenal"ın tarixinə keçdi

3 Avqust 2020 11:44
Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə kubokunun final qarşılaşmasında "Arsenal" "Çelsi"yə 2:1 hesabı ilə qalib gələrək, kuboku qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, "topçular"ın baş məşqçisi Mikel Artetanın klubdakı ilk titulu olub.

Ötən ilin dekabrından komandanı çalışdıran 38 yaşlı mütəxəssis, buna ilk mövsümündə nail olub. Bununla da Arteta 33 ildən sonra "Arsenal"dakı birinci mövsümündəcə titul qazanan ilk mütəxəssis olub. Sonuncu dəfə belə uğuru 1986/87-ci il mövsümündə Corc Qrema qazanmışdı.

Bundan başqa, Arteta London klubunda həm futbolçu, həm də baş məşqçi kimi ölkə kubokunu qazanan ilk şəxs olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.