Şou-biznes

Ədalət oxudu, Eyyub isə rəqs etdi - VİDEO

16 İyul 2023 14:31
Baxış: 1 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Ədalət Şükürov həmkarı Xalq artisti Eyyub Yaqubovla bağlı diqqət çəkən paylaşım edib. 

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, məkanların birində səhnə alan Ədalət səhnədə ifa edərkən Eyyub özünəməxsus şəkildə qol qaldırıb, rəqs edib. 

İfasını yekunlaşdıran Şükürov Yaqubova yaxınlaşaraq onu qucaqlayıb və salamlaşıb. 

Bundan sonra isə aparıcı Xalq artistini çıxışı üçün səhnəyə dəvət edib. 

Həmin anları Ədalət Şükürov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Müğənni paylaşımına "Eyyub qardaşım yenə də oynayır" şərhini yazıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.