Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayevi "Dostluq" ordeni ilə təltif edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, prezident bu barədə müvafiq fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, yazıçı iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə ordenlə təltif olunur.
Milli.Az