Vladimir Putin Çingiz Abdullayevi "Dostluq" ordeni ilə təltif edib

21 May 2020 13:00

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayevi "Dostluq" ordeni ilə təltif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, prezident bu barədə müvafiq fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, yazıçı iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə ordenlə təltif olunur.

Milli.Az