Ölkə

Könül Vəlibəyli dəfn edildi

22 Noyabr 2025 18:11
Baxış: 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib.

Milli.Az xəbər verir ki, bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib.

"Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü. İyirmi beş yaşlı qızı hələ də ağır vəziyyətdə reanimasiyada həyat uğrunda mübarizə aparır. Allahın rəhmi gəlsin", - o, qeyd edib.

Qeyd edək ki, hadisə nəticəsində üç nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.