Ermənistan

Referendum keçiriləcəyi vaxtı açıqladı

22 Noyabr 2025 20:09
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Baş nazir Nikol Paşinyan bildirib ki, referendum parlament seçkilərindən - 2026-cı ildən sonra təşkil olunacaq.

Milli.Az xəbər verir ki, Paşinyan bu barədə bu gün K. Demirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçuları ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, seçkilərdən əvvəl siyasi qüvvələr cəmiyyətə bu məsələyə dair öz mövqelərini təqdim etməli, çoxluq qazanmış qüvvənin mövqeyi isə yeni Konstitusiya layihəsinin formalaşdırılmasında həlledici rol oynamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.