Sağlamlıq

İftarda bu məqamlara diqqət edin

4 Mart 2026 03:03
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ramazanda uzunmüddətli aclıqdan sonra iftar zamanı düzgün qidalanma sağlamlıq üçün vacibdir. Həkimlər tələsik və ağır yeməklərin həzm problemləri və halsızlıq yarada biləcəyini bildirirlər.

Milli.Az xəbər verir ki, orucu qazlı və şəkərli içkilərlə açmaq tövsiyə edilmir.

Mütəxəssislər iftara su və ya xurma ilə başlamağı məsləhət görürlər. Eyni zamanda, birdən-birə böyük porsiya yemək əvəzinə qidalanmanı mərhələli şəkildə - əvvəl şorba və yüngül yeməklər, sonra əsas yemək kimi davam etdirmək daha faydalıdır.

Yağlı, qızartma və çoxlu xəmir məmulatları mədə problemləri və çəki artımına səbəb ola bilər. Şirniyyatların isə iftardan 1-2 saat sonra yeyilməsi tövsiyə olunur.

Həkimlər iftarla imsak arasında kifayət qədər su içməyin vacibliyini vurğulayır, kofeinli içkilərin isə maye itkisini artıra biləcəyini qeyd edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.