Portuqaliya millisi və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun ulduzu Kriştiano Ronaldo "Əl Fayha" ilə keçirilən son matçdan sonra zədələnib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ər-Riyad təmsilçisinin instaqram səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, o, reabilitasiya proqramına başlayacaq və vəziyyəti gündən-günə qiymətləndiriləcək.
Qeyd edək ki, bu gün portuqaliyalı vingerin Səudiyyə Ərəbistanını tərk edib Madridə getməsi ilə bağlı xəbərlər yayılmışdı.
Milli.Az





