İdman

“Qalatasaray”ın çempionat matçı təxirə salındı

3 Mart 2026 18:29
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasında 27-ci turun iki oyunu təxirə salınıb.

Milli.Az xəbər verir ki, buna səbəb klubların avrokuboklardakı matçlarıdır. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən "Qalatasaray"la UEFA Konfrans Liqasında yoluna davam edən "Samsunspor"un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq. TFF qarşılaşmaların nə vaxt keçiriləcəyini növbəti günlərdə açıqlayacaq.

Qeyd edək ki, "Qalatasaray" UEFA Çempionlar Liqasında "Liverpul"la (10-18 mart), "Samsunspor" isə Konfrans Liqasında "Rayo Valyekano" ilə (12-19 mart) üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.