Dünya

İsrail İranın Ekspertlər Şurasının Qumdakı binasına zərbə endirdi

3 Mart 2026 19:21
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Ordusu İranın Qum şəhərində Ekspertlər Şurasının iclasının keçirilməsi nəzərdə tutulan binaya zərbə endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, həmin tədbirdə şura üzvləri ölkənin yeni ali rəhbərini seçməli idilər.

Qeyd edilib ki, Ekspertlər Şurası 88 üzvdən ibarətdir. Zərbə zamanı binada olan şəxslərin dəqiq sayı isə məlum deyil.

İran KİV isə öz növbəsində insanların əvvəlcədən binadan təxliyə edildiyini və ölənlərin olmadığını bildirir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.