"Ferrari" komandasının monakolu pilotu Şarl Lekler evlənib.
Milli.Az xəbər verir ki, 28 yaşlı Şarl sevgilisi, fransız-meksikalı Aleksandra Sent-Mleununla nikah masasına əyləşib.
O, mərasimdən fotolar yayımlayaraq "Birinci hissə bitdi və 2-ci hissə gələn il bütün yaxınlarımızla birlikdə olacaq" deyə, yazıb.
Qeyd edək ki, cütlük 2023-cü ildən münasibətdədir.
Milli.Az





