Cəmiyyət

Koronavirusun bilinməyən fəsadı üzə çıxdı - Yoluxanların 35 faizində...

3 Mart 2026 14:00
Baxış: 1 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində sonradan böyrəklərlə bağlı problemlər yarana bilər.

Milli.Az xəbər verir ki, nefroloq Andrey Vatazin bildirib ki, "COVID-19" keçirmiş xəstələrin təxminən 35 faizində müxtəlif dərəcəli böyrək zədələnməsi müşahidə olunur. Onun sözlərinə görə, bir çox insan xəstəliyin ilkin mərhələsində olduğu üçün hələlik heç bir əlamət hiss etmir.

Mütəxəssis vurğulayıb ki, koronavirusdan sağalan şəxslər mütləq terapevt tərəfindən yoxlanmalı və ehtiyac olduqda ixtisaslaşmış həkimə yönləndirilməlidirlər. Çünki böyrəklər orqanizmdə mühüm funksiyalar yerinə yetirir: qanı zərərli maddələrdən təmizləyir, artıq mayeni xaric edir, arterial təzyiqi tənzimləyir və elektrolit balansını qoruyur.

Böyrək fəaliyyəti pozulduqda isə ödem yaranır, sümüklər zəifləyə bilər və təzyiq problemləri ortaya çıxar. Xəstəlik ağır mərhələyə çatdıqda dializ müalicəsi və hətta orqan transplantasiyası zəruri ola bilər.

Həkimin sözlərinə görə, "COVID-19" infeksiyasından sonrakı ilk altı ay ərzində sağalmış şəxslərdə böyrək funksiyasının azalması riski təxminən 35 faiz artır. Bu prosesin dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Lakin yüksək hərarət, virus yükü və qanda şəkərin artması böyrəklərə mənfi təsir göstərə bilər. Bu isə diabetin aktivləşməsinə şərait yaradır.

Mütəxəssislər koronavirusun autoimmun prosesləri də gücləndirə biləcəyini qeyd ediblər. 

Aysel
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.