İsrail hakimiyyəti İran ətrafında yaranmış vəziyyətlə əlaqədar ölkədə olan əcnəbilər üçün vizaların avtomatik uzadıldığını açıqlayıb.
Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təl-Əvivdəki səfirliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, mövcud vəziyyətlə əlaqədar İsrail Daxili İşlər Nazirliyinin Əhali və Miqrasiya İdarəsi ölkədə qanuni əsaslarla olan və vizasının müddəti 22.02.2026-31.03.2026 tarixləri arasında başa çatan xarici vətəndaşların vizalarının avtomatik uzadıldığını elan edib.
Rusiya diplomatik nümayəndəliyində qeyd olunub ki, vizalar avtomatik olaraq 3 ay müddətinə uzadılır və bunun üçün İsrail DİN-in bölmələrinə əlavə müraciət etməyə ehtiyac yoxdur.
Avtomatik uzadılma B2 tipli turizm vizasına, eləcə də turizm üzrə vizasız rejim çərçivəsində ölkəyə daxil olarkən hava limanında turistə verilən talonun müddətinə şamil edilir. Bundan başqa, B1 tipli iş vizası, A2 tipli təhsil vizası, A3 tipli dini xadim vizası və A4 tipli müşayiətçi ailə üzvü vizasının müddəti də avtomatik olaraq 90 gün uzadılır.
Ayxan
Milli.Az





