Azərbaycanda tibb təhsili 5 ilə SALINIR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda həkimlik ixtisası üzrə təhsil müddətinin 6 ildən 5 ilə endirilməsi məsələsi hazırda gündəmdə geniş müzakirə olunmasa da, mövzu zaman-zaman aktuallaşır.
Milli.Az xəbər verir ki, konkret.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycan tibb təhsilinin Qərb standartlarına uyğunlaşdırılması istiqamətində artıq müəyyən addımlar atılıb. Onun sözlərinə görə, bakalavr sisteminin və rezidenturanın tətbiqi, eləcə də tədrisin Qərb təhsil modelinə adaptasiyası bu istiqamətdə görülən işlər sırasındadır.
"Bunun üçün ilk növbədə baza hazırlanmalıdır. Əvvəl nəzəri, sonra isə klinik fənlərin öyrədilməsi sistemi sıxlaşdırılmalı, dərs saatları intensivləşdirilməli və yeni struktur formalaşdırılmalıdır. Əgər belə bir zərurət varsa, universitet daxilində tibb təhsilinin bütün metodologiyasına yenidən baxılmalıdır. Amma düşünürəm ki, bu, o qədər də aktual məsələ deyil".
A.Qeybulla vurğulayıb ki, əsas diqqət formal dəyişikliklərə deyil, real nəticə verən addımlara yönəldilməlidir.
"Əsas problem tədris üçün yetərli şəraitin yaradılmasıdır. Xüsusilə, tələbələrin klinik bilik və bacarıqlarının artırılması üçün tədris-terapiya və tədris-cərrahiyyə kafedralarında xəstə axınının icbari tibbi sığorta sistemi vasitəsilə təmin olunması vacibdir".
Professor beynəlxalq təcrübəyə də toxunaraq Almaniya modelini nümunə göstərib. Onun sözlərinə görə, Almaniyada tibb təhsili 6 il 3 ay davam edir. Bu müddətin 2 ili klinikaya qədər nəzəri fənlərə, 3 ili klinik fənlərə, 1 ili isə praktikaya ayrılır. Bundan sonra isə 5-6 il davam edən rezidentura mərhələsi başlayır.
"Beləliklə, Almaniyada bir həkimin tam hazırlanması üçün, rezidentura daxil olmaqla, ümumilikdə 12-13 il vaxt tələb olunur. Azərbaycanda da əsas prioritet tibb təhsilinin keyfiyyətinin artırılması, tələbələrin praktik vərdişlərinin gücləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi olmalıdır. Təhsil müddətinin azaldılması isə yalnız kompleks və əsaslandırılmış islahatlar çərçivəsində müzakirə oluna bilər", - deyə professor əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
XƏBƏR LENTİ
-
"Real Madrid"in ulduz klubdan ayrılır - Qərar VERİLDİ
-
Bu məşhur şəhərin küçə süpürgəçiləri modellərdən GÖZƏLDİR - VİDEO
-
Ana Kristina İngles: WUF hər bir şəhər üçün əsl fürsətdir
-
WUF13: BMT-nin və Azərbaycan Respublikasının bayraqları qaldırılıb - FOTO
-
Nigar gözəlliyi ilə "göz qamaşdırdı" - VİDEO
-
Qvardiola "Mançester Siti"dən GEDİR
-
3 kilo yarım "çiy köftə" YEDİ: 3.700 manat qazandı - VİDEO
-
WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır - Əfqanıstan rəsmisi
-
Bu BÜRCLƏR ilin sonuna qədər yeni İŞ TAPACAQLAR
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev





