Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər dünyanın müxtəlif ölkələrində 4 günlük iş həftəsinə keçidlə bağlı pilot layihələrin həyata keçirilməsi bu modeli yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirib. Böyük Britaniya, İspaniya, Yaponiya və digər ölkələrdə sınaqdan keçirilən yeni iş rejiminin əmək məhsuldarlığına, işçi məmnunluğuna və iş-həyat balansına müsbət təsir göstərdiyi bildirilir.
Azərbaycanda da bu məsələnin mümkün tətbiqi vaxtaşırı gündəmə gəlir və xüsusilə dövlət qurumlarında mərhələli keçidin real olub-olmaması maraq doğurur.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "modern.az"a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, müasir dünyada aktuallığı artan sosial-iqtisadi layihələr arasında dörd günlük iş həftəsi xüsusi yer tutur:
"Dörd günlük iş həftəsinin tətbiqinin əsas hədəfləri işçinin asudə vaxtını, məmnunluğunu, məhsuldarlığını artırmaq, rifahını yaxşılaşdırmaq və bu kimi istiqamətlərdə müsbət nəticələr əldə etməklə sosial-iqtisadi tərəqqiyə əlavə təkan verməkdir".
Deputat qeyd edib ki, hazırda müxtəlif ölkələrdə bu modelin həm iş saatlarının saxlanılması, həm də azaldılması prinsipi ilə tətbiqi sınaqdan keçirilir:
"Sözügedən sosial modelin tətbiqi praktikasında iş saatlarının eyni qalması və ya azaldılması şərtilə maaşların saxlanılması prinsipinə əsaslanan modellər tətbiq edilir. Böyük Britaniya, İspaniya, Portuqaliya, İslandiya, eləcə də Yaponiya və Birləşmiş Ərəb Əmirliklərində dörd günlük iş həftəsi qismən tətbiq edilir və ya pilot layihə kimi sınaqdan keçirilir".
Əli Məsimlinin sözlərinə görə, ilkin nəticələr bu modelin işçilərin sağlamlığı və motivasiyası baxımından müsbət təsirlərini göstərir:
"Bu sahədə əldə edilən ilkin nəticələr göstərir ki, dörd günlük iş həftəsinin tətbiqi zamanı əsasən işçilərin fiziki və psixi sağlamlığı yaxşılaşır, motivasiyası güclənir, məhsuldarlığı artır".
Deputat bildirib ki, Azərbaycanda da nəzəri baxımdan müəyyən sahələrdə bu modelin tətbiqi mümkündür, lakin bunun üçün geniş araşdırmalara ehtiyac var:
"Nəzəri baxımdan beynəlxalq praktikada tətbiq edilən şərtlər daxilində Azərbaycanda da mümkün sahələrdə dörd günlük iş qrafikinin tətbiqi işçinin sağlamlığı, məhsuldarlığı, məmnunluğu və iş-həyat balansı sahəsində müsbət nəticələr verə bilər. Amma bu məsələyə reallıq kontekstində yanaşmaq lazımdır".
O vurğulayıb ki, hazırda ölkədə bəzi sahələrdə iş saatları qanunvericilikdə nəzərdə tutulandan daha yüksəkdir və bu da əlavə çətinlik yaradır:
"Bir sıra sahələrdə, xüsusilə xidmət sektorunda iş saatları 12-14 saat və ondan da yüksək ola bilir. İşlənilən əlavə saatlara görə artırılmış məbləğdə əlavə haqqın verilməsi qanunvericilikdə nəzərdə tutulsa da, heç də həmişə buna əməl edilmir".
Əli Məsimli hesab edir ki, dörd günlük iş həftəsinə keçid üçün ilk növbədə hüquqi və institusional baza formalaşdırılmalıdır:
"Bu istiqamətdə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda dəyişikliklər edilməsi tələb olunur.
Bununla yanaşı, rəqəmsallaşma səviyyəsinin artırılması, işin qrafik üzrə düzgün təşkili və pilot layihələrin həyata keçirilməsi vacibdir".
Deputatın fikrincə, ən optimal variant bu modelin əvvəlcə pilot layihələr şəklində tətbiq edilməsi və nəticələr əsasında mərhələli keçidin qiymətləndirilməsidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Sabah Məhərrəm ayı başlayır
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





