Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sovet dövründən bəri istehsalı davam edən əfsanəvi yolsuzluq avtomobilinin tamamilə yenilənmiş dizayn və müasir SUV cizgiləri ilə yenidən yollara qayıtmağa hazırlaşdığı iddia edilir.
Milli.Az xəbər verir ki, Rusiyanın ikonik modeli olan "Lada Niva" sızdırılan yeni patent görüntüləri ilə birlikdə tamamilə yenilənmiş versiyada yenidən gündəmə gəlib. Paylaşılan dizaynlar avtomobilin daha müasir bir SUV kimliyinə bürünə biləcəyini və hətta dizayn dili baxımından "Dacia" modelləri ilə bənzərlik daşıdığını göstərir. Bu bənzərliyin isə təsadüf olmadığı iddia edilir. Görüntülərdə ən çox diqqət çəkən detallar arasında klassik "Niva"ya işarə edən yuvarlaq fara dizaynı və küncli, möhkəm kuzov quruluşu ön plana çıxır. Bundan əlavə, avtomobil daha əzələli qanadlar, yüksəldilmiş çiyin xətti və müasir LED işıqlandırmalarla günümüzün SUV dizayn anlayışına olduqca yaxın, daha çağdaş bir görünüş qazanıb.
Layihənin başlanğıcda "Renault" ilə əməkdaşlıq dövründə hazırlandığı irəli sürülür. Lakin "Renault"un Rusiya bazarından çəkilməsindən sonra işlərin tamamilə yerli mühəndislik imkanları ilə davam etdirildiyi bildirilir.
Yeni modelin "Renault-Dacia"nın CMF-B platforması üzərində inşa edilməsi planlaşdırılarkən, bəzi mənbələr avtomobilin bunun əvəzinə "Lada Vesta" bazasından törədilmiş bir arxitektura ilə gələ biləcəyini deyir. Mühərrik seçimlərində isə "AvtoVAZ"ın mövcud 1.6 və 1.8 litrlik benzinli aqreqatlarının yer alması gözlənilir.
"Lada Niva Legend" 1977-ci ildən bəri demək olar ki, dəyişmədən istehsalda qaldığı halda, "Lada Niva Travel" isə 1998-ci ildən bəri bazardadır və illər ərzində müxtəlif yenilənmələrlə təkmilləşdirilib. Bu seriyaya əlavə olaraq, "Lada"nın yeni SUV həmləsi çərçivəsində bu il ərzində "Lada Azimut" modelinin də təqdim edilməsi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Gizli gətirilən BMW və Audi Rusiyaya sərhəddində belə dəyişdirilir
-
Azərbaycanda avtomobil alanlar niyə Çin markalarına üstünlük verir? - ARAŞDIRMA
-
Regionlarda elektromobil sürmək niyə hələ də risklidir? - ARAŞDIRMA
-
Ən pis 2 yapon markası AVTOMOBİL
-
Alman avtomobil nəhəngləri böhran içində
XƏBƏR LENTİ
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
-
İllər sonra bir araya gəldilər - (Foto)
-
"Turan Tovuz" Vadji ilə bağlı qərar verdi
-
Xidmət rəisi Mürsəl İbrahimov “neqodnı” olan vətəndaşlara çağırış etdi





