İnsan neçə dəqiqəyə yuxuya getməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur. Bu müddətin daha qısa və ya daha uzun olması isə bəzi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Davranış yönümlü yuxu təbabəti üzrə mütəxəssis Mişel Drerup bildirib ki, bir neçə dəqiqə ərzində yuxuya getmək hər zaman müsbət hal deyil. Onun sözlərinə görə, bu, orqanizmin kifayət qədər yuxu almamasının və ya altda yatan yuxu pozğunluğunun əlaməti ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, gecə ərzində tövsiyə olunan 7-9 saat yuxunu almayan insanlarda gün ərzində yuxululuq, diqqət dağınıqlığı, reaksiyaların zəifləməsi və əhval dəyişikliyi kimi hallar müşahidə oluna bilər.
Harvard Tibb Fakültəsi isə xroniki yuxu çatışmazlığının piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və erkən ölüm riskini artırdığını vurğulayır.
Digər tərəfdən, yuxuya getməyin 30 dəqiqədən çox çəkməsi də narahatlıq doğura bilər. Bu hal çox vaxt yuxusuzluq (insomniya) ilə əlaqələndirilir. Mütəxəssislərin sözlərinə görə, insomniya əsasən stressdən qaynaqlansa da, tənəffüs, həzm və sinir sistemi ilə bağlı xroniki xəstəliklərin də əlaməti ola bilər.
Yuxu təbabəti üzrə həkim Xalid Almadhoun bildirib ki, narahat ayaq sindromu, yuxu apnesi, kabuslar, təşviş və depressiya da yuxuya getməkdə çətinlik yarada bilər. Onun sözlərinə görə, depressiyadan əziyyət çəkən insanların insomniya yaşamaq ehtimalı digər insanlarla müqayisədə 2-3 dəfə yüksəkdir.
Mütəxəssislər yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün yatmazdan ən azı 30 dəqiqə əvvəl ekranlardan uzaq durmağı, yataq otağını sərin və qaranlıq saxlamağı, həmçinin hər gün eyni saatlarda yatıb oyanmağı tövsiyə edirlər.
Qeyd olunur ki, üç ay ərzində həftədə ən azı üç gecə yuxuya getməkdə çətinlik çəkən şəxslərin həkimə müraciət etməsi tövsiyə olunur. Mütəxəssislər yuxunun sağlamlıq üçün vacib bir sərmayə olduğunu vurğulayırlar.
Müəllif: Mina Mikayılova (müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub





