Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çinin Şanxay şəhərində yerləşən 7 600 ton ağırlığındakı tarixi məktəb binası ilk dəfə istifadə olunan 198 hidravlik robot ayağın köməyi ilə 62 metr məsafəyə köçürülüb.
Milli.Az xəbər verir ki, Şanxayda 1935-ci ildə inşa edilən 85 illik tarixi "Lagena" ibtidai məktəbinin binası, tətbiq olunan innovativ üsulla yeni yerinə çatdırılıb. 7 600 ton ağırlığındakı tikilinin köçürülməsi prosesində ənənəvi üsullardan kənara çıxılaraq 198 hidravlik robot ayaqdan istifadə edilib. Yeni bir ticarət mərkəzinin tikintisi ilə əlaqədar yerindən qaldırılması lazım olan tarixi binanın qeyri-müntəzəm memarlıq quruluşu, rels və ya düz platforma kimi ənənəvi daşıma üsullarının istifadəsini imkansız edirdi.
Mühəndislər bu çətinliyi aşmaq üçün insan yeriməsini təqlid edən 198 hidravlik ayaqlı "yerimə" sistemini işə salıblar. Nəhəng struktur bu sistem sayəsində gündə bir neçə santimetr irəliləyərək, 18 gün ərzində cəmi 62 metr məsafəyə daşınıb. Mühəndislər həmçinin daşıma əsnasında binanın istiqamətini 20 dərəcə dəyişməyə nail olublar.
Layihə rəsmiləri dünyada ilk dəfə bu əməliyyatda istifadə olunan robot ayaq sisteminin, ənənəvi metodlarla müqayisədə vaxt baxımından 20 faiz qənaət sağladığını bildiriblər. Sökülmək əvəzinə köçürülməsi və bərpa edilməsi qərara alınan tarixi binanın gələcək funksiyası haqqında məlumat verən Layihənin Baş direktoru Li Jianfeng bunları qeyd edib:
"Məktəbi həm mədəniyyəti, həm də innovasiyanı özündə birləşdirən, mədəni təhsil ilə qeyri-maddi irsin qorunmasını bir araya gətirən bir binaya çevirəcəyik. Köhnə binanı yenidən canlandırmağa ümid edirik."
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Ukraynada rusdilli mahnılar qadağan edilə bilər
-
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
-
İrəvandan havaya qalxan təyyarə təhlükə siqnalı verdi
-
İspaniyada qəza iğtişaşlara səbəb oldu - Baş nazirin istefası tələb olunur
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
XƏBƏR LENTİ
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Xətai və Suraxanıda qaz olmayacaq





