Ən pis 2 yapon markası AVTOMOBİL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yapon avtomobilləri etibarlılıq reytinqlərində adətən ilk sıralarda yer alsa da, bəzi markalardan uzaq durmaq tövsiyə olunur.
Milli.Az xəbər verir ki, avtomobil eksperti Kris Payl alınması məsləhət görülməyən iki yapon avtomobil markasının adını açıqlayıb. Onun sözlərinə görə, bu avtomobillər sahiblərini yüksək təmir xərcləri ilə məyus edə bilər.
Ekspert bildirib ki, problemlərin əsas səbəblərindən biri CVT (pilləsiz variator transmissiyası) adlanan sürət qutusudur.
Paylın sözlərinə görə, CVT transmissiyalı avtomobillərdən uzaq durmaq daha məqsədəuyğundur:
"Mən CVT transmissiyası ilə təchiz olunmuş istənilən avtomobildən uzaq durardım. "Nissan" bu transmissiyadan avtomobillərində ən çox istifadə edən markalardan biridir. Bu sistemlər xarab olana qədər əla işləyir. Lakin sıradan çıxdıqda təmir xərci sürücüləri şoka sala bilər. Əksər hallarda transmissiyanın təmiri deyil, tam dəyişdirilməsi tələb olunur".
Onun sözlərinə görə, CVT transmissiyaları yanacaq sərfiyyatını azaltmağa və daha hamar hərəkət təmin etməyə kömək etsə də, digər sürət qutularına nisbətən daha tez sıradan çıxa və çox vaxt təmir oluna bilməz.
Alınması tövsiyə edilməyən markalar
Payl xüsusilə "Infiniti" markalı avtomobillərdən uzaq durmağı məsləhət görüb. "Infiniti" "Nissan"ın premium markası hesab olunur və daha yüksək komfort səviyyəsi təklif edir.
Ekspert bildirib ki, "Infiniti" modelləri elektrik sistemləri ilə bağlı problemlərlə tanınır:
"Mən əksər "Infiniti" modellərindən uzaq durardım. Onlar elektrik problemləri ilə məşhurdur. Əslində bunlar daha çox elektron avadanlıqla təchiz edilmiş "Nissan" modelləridir".
O əlavə edib ki, "Infiniti" avtomobillərinin qiyməti rəqiblərindən xeyli yüksək ola bilər və təmir xərcləri də kifayət qədər bahadır.
Payl həmçinin CVT transmissiyalı "Nissan" modellərini almağı tövsiyə etməyib. Onun sözlərinə görə, markanın bir çox sedan, krossover və yolsuzluq avtomobillərində bu transmissiya istifadə olunur.
Tövsiyə olunan modellər
Ekspert daha etibarlı seçim kimi aşağıdakı yapon avtomobillərini qeyd edib:
"Toyota Tundra"
"Toyota 4Runner"
"Honda Passport"
"Honda Ridgeline"
"Honda Odyssey"
"Mazda MX-5 Miata"
Payl bildirib ki, bu modellər bəzi rəqibləri qədər çox satılmasa da, etibarlılıq baxımından uğurlu seçimlərdir.
Onun sözlərinə görə, əksər "Toyota" və "Honda" modelləri yüksək yenidən satış dəyərinə malik olur və daha az təmir tələb edir. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes" avtomobillərində problemlər aşkarlandı
-
BMW 2028-ci ilədək 8 min iş yerini ixtisar edəcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
BMW 318 mindən çox avtomobili geri çağırır
-
"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
XƏBƏR LENTİ
-
Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb
-
"Azərbaycan dilini qorumaq hər birimizin mənəvi və vətəndaşlıq borcudur”
-
Qaxda ağır qəza - Ölən və yaralananlar var
-
Sabah çimərlikdə hava necə olacaq?
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatdı
-
Ukrayna iri neft emalı zavodunu vurdu
-
Bilgəhdə 25 yaşlı oğlan dənizdə batdı
-
Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb
-
Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
-
Temperatur 39 dərəcəyə qalxacaq - Proqnoz
-
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir - Kamaləddin Qafarov
-
Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma
-
Nəriman Həsənzadə ilə vida mərasimi nə vaxt keçiriləcək - (Yenilənib)
-
Aşıq Hüseyn Saraçlının nəvəsi faciəvi şəkildə vəfat etdi
-
Latviya Belarusla sərhədi bağladı
-
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
-
Külli miqdarda narkotik aşkarlandı
-
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
-
Bu gündən iki ölkənin vətəndaşları Azərbaycana vizasız səfər edə bilər
-
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - (Foto)
-
Livanın çıxılmaz yolu: “Hizbullah”ın tərksilahı niyə mümkün görünmür?





