Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dünən Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı başladı. Çox sevinirəm və şadam ki, festivalın açılışında mən də səhnə aldım. "Sevgili canan" əsərini səsləndirdim və böyük maraqlan qarşılandı. Əslində atam, xalq artisti Zaur Rzayevlə festivalda iştirak edib, səhnədə duetimizi ifa edəcəkdik. Təəssüflər olsun ki, atam səhhətinə görə gələ bilmədi. Planlaşdırılan çıxış baş tutmadı. Əlbəttə ki, atamın sağlamlığı mənim üçün hər şeydən vacibdir. Dünən gecə ilə Bakıya yola düşməli oldum. Bilirsiniz ki, atam xəstəlikdən əziyyət çəkir və mən onun yanında olmalıyam. Buna görə heç bir xarici ölkələrdə səfərə də gedə bilmirəm. Ümid edirəm və inanıram ki, atamın səhhəti yaxşılaşacaq".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azər Zadə (Rzayev) deyib.
O, daha sonra əlavə edib:
"Çıxışım təkcə açılışda idi. Festivalla bağlı təəssüratlarım böyükdür. Şuşa səhnəsində çıxış etmək qürurverici bir hissdir. Sözün əsl mənasında mədəni hadisədir. Şuşada dolu yağdı, əvvəl-əvvəl qorxduq. Dolu yağmağı əslində Şuşanın təbiəti üçün gözlənilən hadisədir. Sadəcə biz öyrəşməmişik və bir az qəribə qarşıladıq. Şükürlər olsun ki, heç kim xəsarət almadı, heç kimə heç nə olmadı. Əsas odur ki, festival günü hava bizi məyus etmədi. Bilirsiniz ki, bu beynəlxalq tədbirin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir. Bir çox türkdilli və xarici ölkələrdən də musiqiçilər iştirak edirdilər. Bir gün də olsa Şuşadakı festivalda iştirak etdim. Özümə də maraqlıdır ki, digər günlərdə hansı konsertlər olacaq?! Əlbəttə ki, ən böyük arzum yenidən Şuşa səhnəsində atamla birlikdə ifa etməkdir. Bunun üçün atam özünə baxmalıdır və sağlam olmalıdır", - deyə sənətkarın övladı bildirib.
Qeyd edək ki, Z.Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin ürəyində problem var idi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





