Cəmiyyət

300 bal toplayan abituriyentin nəticəsi niyə rəsmi siyahıya düşməyib? - AÇIQLAMA

16 May 2026 13:39
Baxış: 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan Muxtar Respublikasında buraxılış imtahanlarında maksimum nəticə göstərən abituriyentlərdən biri barədə maraqlı vəziyyət yaranıb. Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov imtahanda ümumilikdə 300 bal toplayıb.

Milli.Az xəbər verir ki, o, Azərbaycan dili və riyaziyyat fənləri üzrə maksimum 100 bal nəticə göstərib. Lakin xarici dil seçimində fərqli addım atması onun buraxılış imtahanı nəticəsinin rəsmi siyahıda tam şəkildə nəzərə alınmamasına səbəb olub.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi açıqlama verərək bildirib ki, buraxılış imtahanlarında xarici dil fənni üzrə nəticənin nəzərə alınması üçün şagirdin məktəbdə tədris olunan dili seçməsi tələb olunur. Əgər abituriyent imtahanda məktəbdə keçilən dildən fərqli bir xarici dil seçirsə, həmin nəticə buraxılış imtahanı üzrə etibarlı hesab edilmir.Çünki buraxılış imtahanı məktəb proqramı əsasında keçirilir və qiymətləndirmə də tədris olunan fənn üzrə aparılır. Bu tələb yalnız buraxılış imtahanına aiddir. Qəbul imtahanlarında isə bəzi hallarda abituriyent fərqli xarici dil seçə bilər

Aysel
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.