Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Milli.Az xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəsürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi. Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi.
Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkəmizdə WUF13 kimi tədbirin təşkilinin önəminə toxundu. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğuladı ki, mahiyyəti etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.
Qonaq ölkəmizin BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirdi, Azərbaycan-UN-Habitat əməkdaşlığını, o cümlədən respublikamızda keçirilən Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini dedi. O, bundan sonra da əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirdi.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırlatdı, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirdi və ölkəmizin bu təcrübəni bölüşməyə hazır olduğunu dedi.
Söhbət zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının fəaliyyətini dəstəklədiyi məmnunluqla vurğulandı, ölkəmizlə bu qurum arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparıldı.
Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalandı. Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda keçiriləcək WUF13 BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq - UN-Habitat rəhbəri
-
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
XƏBƏR LENTİ
-
Peskov türk dilini necə öyrənib?
-
Ən ucuz və ən bahalı torpaq sahələri hansı ərazilərdədir?
-
Bakıda keçiriləcək WUF13 BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq - UN-Habitat rəhbəri
-
Sosial şəbəkələrdə yayılan “problem” iddiaları doğru deyil
-
Cabir İmanovun özünə bənzəyən oğlu... - FOTO
-
Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
-
300 bal toplayan abituriyentin nəticəsi niyə rəsmi siyahıya düşməyib? - AÇIQLAMA
-
300 bal topladı - Adı siyahıda yoxdur
-
Həsən Əliyev küçəsi nə vaxt təmir olunacaq?
-
Şükürbəyliyə növbəti köç karvanı yola salınıb
-
Rusiyada xərçəngə qarşı peyvənddən istifadə edildi
-
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - FOTO
-
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
-
Sumqayıt sakinlərinə SEVİNDİRİCİ XƏBƏR
-
Mətanət İsgəndərlinin bacısının evindən oğurluq edən şəxs TAPILDI
-
Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı
-
“Neftçilər kruqu”əslində necə adlanır?
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır
-
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa EDİLDİ - YENİLƏNİB
-
Sabah Bakıda WUF13 başlayır
-
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
-
Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxs müddətli həqiqi hərbi xidmətə çağırılır?
-
Bölgələrdə pensiyalar bu tarixdə VERİLƏCƏK
-
Baş məşqçi Mahir Emrelini komandada istəmir





