Sabah Bakıda WUF13 başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
Milli.Az xatırladır ki, mayın 22-də başa çatacaq sessiya "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.
Forum yalnız urbanistika və memarlıq sahəsinin deyil, həm də sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri və insan rifahı ilə bağlı qlobal məsələlərin müzakirə edildiyi ən böyük beynəlxalq platformalardan biri hesab olunur.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təsis edilən beynəlxalq platforma müasir çağırışlara beynəlxalq həll yollarının tapılması məqsədi daşıyır. Həmçinin müxtəlif ölkələrin hökumətlərini, şəhər rəhbərlərini, alimləri, memarları, investorları, biznes nümayəndələrini və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal urbanizasiya siyasətinin formalaşmasında mühüm rol oynayır.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərində artan rolunun göstəricisi hesab edilir. Bu qərar ölkənin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin, etibarlı tərəfdaş kimi qazandığı nüfuzun və müasir şəhərsalma siyasətinin yüksək qiymətləndirilməsidir. WUF13-ə 180 ölkədən 32 mindən çox iştirakçı qeydiyyatdan keçib ki, bu da artıq WUF tarixində rekord göstəricidir.
Forumun keçiriləcəyi məkan Bakı Olimpiya Stadionunu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Tədbir məkanında plenar zallar, sərgi sahələri, media mərkəzləri və innovasiya zonaları yaradılıb. Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6 min nəfərə qədər iştirakçını qəbul edə biləcək.
Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sumqayıt sakinlərinə SEVİNDİRİCİ XƏBƏR
-
Mətanət İsgəndərlinin bacısının evindən oğurluq edən şəxs TAPILDI
-
Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı
-
“Neftçilər kruqu”əslində necə adlanır?
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır
-
İsmayıllı-Lahıc yolunda hərəkət bərpa EDİLDİ - YENİLƏNİB
-
Sabah Bakıda WUF13 başlayır
-
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
-
Xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxs müddətli həqiqi hərbi xidmətə çağırılır?
-
Bölgələrdə pensiyalar bu tarixdə VERİLƏCƏK
-
Baş məşqçi Mahir Emrelini komandada istəmir
-
Azərbaycan Türkiyənin ikinci ən böyük qaz təchizatçısı olub
-
Tanınmış futbol şərhçisi saxlanıldı
-
Bu ərazidə ev tikmisinizsə, söküləcək
-
"Fənərbağça"dan milyonluq təklif: Baş məşqçi o olacaq?
-
Rayonlarda çayın qiyməti 50 manata QALXDI
-
Ev qiymətinə kənd aldılar
-
Kreml Paşinyana açıq xəbərdarlıq etdi - Ermənistan yol ayrıcında
-
Mayın sonunda bu BÜRClərin başına gələcəklər hər kəsi təəccübləndirəcək
-
Qazın qiyməti ARTDI
-
Bazarda ARTIM - Neft kəskin bahalaşdı
-
İŞİD-in ikinci lideri öldürüldü
-
Türkiyədə əməliyyat: 110 nəfər saxlanıldı
-
Bu ərazilərdə saat 10:00-dan sonra işıq OLMAYACAQ





