Cəmiyyət

Rayonlarda çayın qiyməti 50 manata QALXDI

16 May 2026 10:24
Baxış: 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mövsüm başladı, qiymətlər artdı...

Milli.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunda turizm mövsümünün başlaması ilə istirahət və xidmət sahələrində qiymət artımı müşahidə olunur.

Xüsusilə meşə ərazilərində fəaliyyət göstərən kafe və istirahət mərkəzlərində samovar çayı xeyli baha qiymətə təklif olunur. Bəzi yerlərdə qiymət hətta 50 manata çatır.

Bununla yanaşı, rayonda kirayə verilən fərdi evlərin və kotteclərin qiymətlərində də artım müşahidə olunur. Ev sahibləri bildirirlər ki, qiymətlər evlərin şəraiti, otaq sayı və təqdim olunan xidmətlərə uyğun olaraq müəyyən edilir.

Ev sahiblərinin sözlərinə görə, rayona gələn turistlərin sayının artması da qiymətlərə təsir göstərən əsas amillərdən biridir. Ümumilikdə, bölgədə turizm axınının artması qiymətlərin formalaşmasına birbaşa təsir göstərir və bu tendensiyanın davam edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.