Bu ərazilərdə artıq su fasiləsiz veriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.
Milli.Az xəbər verir ki, bu anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların saz vəziyyətə gətirilməsi, primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyaların təkmilləşdirilməsi, yeni güclü nasosların qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.
Əvvəllər Binəqədi rayonu üzrə Biləcəri Yeni yaşayış massiv, 1 May qəsəbəsi, Qərb, İlqar Kərimov, Asəf Zeynallı, Tomris küçələri, Biləcəri şosesi ərazisində içməli su təchizatı qrafiklə həyata keçirilirdi.
Fasiləsiz su təminatına keçid məqsədilə mövcud sistemdə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilib. Biləcəri nasos stansiyasından keçən diametri 1420 mm olan Kür-3 magistral su kəmərinə Oğuz-Qəbələ-Bakı su kəmərindən 700 mm diametrli yeni birləşmə vasitəsilə əlavə su həcmləri ötürülür. Bu birləşmədə Kür-3 magistral kəmərində su həcminin tənzimlənməsindən sonra qeyd olunan ərazilərə 24 saat fasiləsiz suyun verilməsi həyata keçirilib.
Hazırda 24 saat verilən su keyfiyyət və təhlükəsizlik baxımından yüksək standartlara cavab verir. Filtrasiya və təmizləmə sistemləri vasitəsilə suyun keyfiyyəti daim nəzarətdə saxlanılır. Yeni texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemi su təchizatını fasiləsiz və etibarlı edib.
Fasiləsiz su təchizatına keçid nəticəsində Binəqədi rayonunun qeyd olunan ərazilərində 2600 abonent artıq 24 saat içməli su ilə təmin edilir.
Binəqədi rayonunun sakinləri arasında fasiləsiz su təminatı ilə bağlı sorğu da keçirilib. Sorğunun nəticələrinə əsasən, sakinlərin böyük əksəriyyəti göstərilən xidmətin keyfiyyətindən razı olduqlarını bildiriblər. Onların sözlərinə görə, indiki su təminatı gündəlik məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, əvvəlki dövrlərdə yaranan su qıtlığı və təzyiq problemi isə minimuma enib. Sakinlər xüsusilə qeyd ediblər ki, fasiləsiz su təchizatı həm rahatlığın artmasına, həm də sanitariya və gigiyena şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərib.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı





