Ölkə

Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi

17 May 2026 13:36
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

WUF13 olduqca vacib bir platformadır, çünki artıq iqlim dəyişikliyinin təsirləri açıq şəkildə görünür. Burada qəbul ediləcək planlar və həllər zamanı mütləq iqlim dəyişikliyi faktoru nəzərə almalıdır.

Bunu Trend-ə açıqlamasında Cənubi Afrika Respublikasının (CAR) Tsuelopele Yerli Bələdiyyəsinin sədri Kenalemang Rose Phukuntsi bildirib.

Onun sözlərinə görə, dayanıqlı şəhərlərin qurulması, daha təhlükəsiz gələcəyin formalaşdırılması bu gün əsas məqsədlərdəndir:

"WUF13 kimi tədbirlər, forumlar çox mühüm platformadır, çünki burada müxtəlif ölkələrdən nümayəndələr, bələdiyyə rəhbərləri və icma liderləri bir araya gəlir. Bu səbəbdən qəbul edilən qərar və bəyannamələrin icmalara və şəhərlərə ciddi təsiri olacaq. Bu gün burada güclü yağış yağır. Bir çox ölkələr fəlakətlər və daşqınlarla üzləşsə də, Bakıda qurulan sistemlər sayəsində heç bir problem yaşanmır. Bu baxımdan, düşünürəm ki, Bakı bir şəhər kimi daha dayanıqlıdır. Bakı bu təcrübəsi ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.