Gənclikdə itirib sonradan parlayan 3 bürc
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi insanlar həyatın ağır sınaqları ilə gənc yaşlarında qarşılaşırlar. Nə qədər çalışsalar da, istədikləri uğuru dərhal qazana bilmir, əməklərinin qarşılığını gec alır və çox vaxt ətrafdakılar tərəfindən dəyərləri kifayət qədər anlaşılmır. Lakin astrologiyaya görə, bəzi bürclər gənclikdə deyil, məhz yetkinlik dövründə əsl güclərini ortaya qoyurlar.
Milli.Az xəbər verir ki, xüsusilə 30 yaşdan sonra böyük transformasiya yaşayan, karyera, pul və münasibətlərdə "ikinci baharını" keçirən həmin 3 bürc bunlardır:
Oğlaq bürcü: Gənclikdə yük daşıyan, sonradan zirvəyə çıxan
Oğlaq bürcü astrologiyanın ən dözümlü və səbirli bürcü sayılır. Onların güclü görünüşünün arxasında adətən çətin keçən gənclik illəri dayanır.
Oğlağın idarəedici planeti Saturndur. Saturn intizamı, sınağı və gecikmələri təmsil edir. Oğlaqlar həyatın məsuliyyətini çox erkən yaşda çiyinlərinə götürməli olurlar. Həmyaşıdları əylənərkən, onlar gələcək qayğısı ilə yaşayırlar.
Oğlaqlar sürətli deyil, sağlam irəliləyirlər. Onların uğuru gec gəlir, amma qalıcı olur. Xüsusilə 30 yaşdan sonra karyeralarında ciddi yüksəliş yaşayır və maddi azadlıqlarını qazanırlar.
Əqrəb bürcü: Küllərindən doğan güc
Əqrəblərin həyatı gənc yaşlardan etibarən dərin duyğular, böyük xəyal qırıqlıqları və sərt dəyişikliklərlə formalaşır.
Duyğuları çox intensiv yaşadıqları üçün xəyanətlərdən və itkilərdən dərin təsirlənirlər. Gənclik illərində insanlara güvənməkdə çətinlik çəkir və tez-tez daxili mübarizələr aparırlar.
Əqrəbin ən böyük özəlliyi "yenidən doğulmaq" qabiliyyətidir. Yaşları artdıqca daha strateji düşünməyə başlayırlar. İnsanları daha yaxşı analiz edir və duyğularını idarə etməyi öyrənirlər. İrəliləyən yaşlarda onlar ətraflarına daha güclü təsir bağışlayan və sarsılmaz xarakterə malik şəxsiyyətlərə çevrilirlər.
Qız bürcü: Dəyəri sonradan anlaşılan mükəmməliyyətçi
Qız bürcü gənclik illərində layiq olduğu dəyəri görməkdə çətinlik çəkən bürclərdən biridir.
Həddindən artıq detalçı və mükəmməliyyətçi olduqları üçün özlərinə qarşı çox acımasız olurlar. Kiçik bir səhv belə onları uzun müddət narahat edir, bu da özünəinam problemi yaradır. Gənclikdə "hələ hazır deyiləm" düşüncəsi ilə bir çox fürsəti qaçıra bilərlər.
Onların səssizcə işləmək və öyrənmək intizamı illər keçdikcə ən böyük üstünlüklərinə çevrilir. 30 yaşdan sonra hər şeyin qüsursuz ola bilməyəcəyini qəbul etdikdə üzərlərindəki təzyiq azalır. Bu nöqtədə onların real potensialı üzə çıxır və həm akademik, həm də maliyyə sahəsində böyük uğurlar qazanırlar.
Oğlaq, Əqrəb və Qız bürclərinin ortaq nöqtəsi təslim olmamalarıdır. Onlar gənclikdə yaşadıqları itkiləri təcrübəyə çevirirlər. Həyat bir çox insanı ilk uğursuzluqda dayandıra bilsə də, bu üç bürc yaş aldıqca güclənir.
Əgər gənc yaşlarınızda çox itirdiyinizi düşünürsünüzsə, bəlkə də ulduzlar sizi daha böyük və qalıcı bir uğura hazırlayır. Çünki bəzi insanlar erkən deyil, doğru zamanda parlayırlar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Bugünkü qərarlarınız həyatınızın gedişatına təsir edə bilər
-
4 bürcün həyatı tamamilə dəyişəcək
-
Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar
-
Günün qoroskopu: Dürüstlük səni yüngülləşdirəcək
-
Günün qoroskopu: Özünüzə qarşı anlayışlı olmağı öyrənin
-
İzdihamdan qaçıb hüzuru evində tapanlar: Ən ailəcanlı 5 bürc
XƏBƏR LENTİ
-
Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri
-
DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək
-
Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi
-
ABŞ İranın hərbi obyektlərini vurdu
-
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
-
Xocavənddə açıq ərazidə yanğın başladı
-
Çexiyada məktəblərdə mobil telefonlar qadağan olunur
-
Şimali Afrika klassikası: Mərakeş üsulu limonlu və zeytunlu toyuq "Tajin"i
-
Gənc qadınla görüntülənən 75 yaşlı Məhəmməd Cangörən müxbirə əsəbiləşdi
-
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur
-
Ən faydalı üzüm növü
-
Tünd şokolad ürəyə necə təsir edir?
-
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
Uzaq Şərq küçələrinin ulduzu: Tayland üsulu "Pad Kra Pao" resepti
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
Səyyahlar kütləvi şəkildə çemodanlarına tualet kağızı qoymağa başlayıblar
-
İsti havada rahat yatmağın 8 elmi yolu
-
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələri (Video)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
Günün qoroskopu: Bugünkü qərarlarınız həyatınızın gedişatına təsir edə bilər
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Duran komandasını məğlubiyyətdən xilas etdi
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb





