Dünya

“Mossad” illərlə Xameneyini Tehranın kameraları vasitəsilə izləyib

3 Mart 2026 14:32
Baxış: 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin Xarici Kəşfiyyat Xidməti ("Mossad") bir neçə il ərzində İranın ali rəhbəri Əli Xameneyinin hərəkətlərini Tehranın şəhər video-nəzarət sistemi vasitəsilə izləyib.

Milli.Az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, İsrail xüsusi xidmətləri İran paytaxtındakı yol kameralarının böyük hissəsinə çıxış əldə edib. Bu, agentlərə ayətullahın təhlükəsizlik işçilərinin marşrutları, qrafikləri və yaşayış yerləri barədə məlumatları real vaxt rejimində toplamağa və əldə olunan məlumatları Təl-Əviva ötürməyə imkan verib.

Məqalədə qeyd olunur ki, kameraların bir bucağı xüsusilə faydalı olub və agentlərə təhlükəsizlik işçilərinin ali rəhbərin Paster küçəsindəki iqamətgahına çatanda avtomobillərini harada park etdiklərini izləməyə imkan verib.

Məqalənin müəllifləri bildirirlər ki, zərbə endirilən gün iqamətgah ətrafında mobil rabitə qüllələri söndürülüb ki, mühafizə təhlükə barədə xəbərdar olmasın. Həmçinin, məlumatların toplanmasında ABŞ həmkarlarının da köməyi olduğu iddia edilir.

Daily Mail yazır ki, "Mossad" Xameneyini Tehranın kameraları vasitəsilə illərlə izləyib və CİA-nın da həyati kəşfiyyat məlumatları verən informatoru olub.

Ayxan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.