Dünya

Soçidə ard-arda zəlzələ oldu

3 Mart 2026 18:23
Baxış: 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qara dəniz akvatoriyasında 4,5 bal gücündə təkrar yeraltı təkanlar baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Soçi meri Andrey Proşunin "Telegram" kanalında bildirib.

"Saat 16:05-də Soçi sahilindən 23 km məsafədə Qara dəniz akvatoriyasında təkrar təkanlar baş verib. Seysmoloqlar 4,5 bal gücündə olduğunu bildirirlər", - mer vurğulayıb.

Onun sözlərinə görə, Soçidə xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, təkanlar infrastruktur obyektlərinə təsir etməyib, onlar normal rejimdə işləyirlər.

Qeyd edək ki, Soçi seysmik risk zonasında yerləşir, şəhərdə vaxtaşırı 3-4

Martın 3-də Soçidə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Soçidən 27 km məsafədə yerləşib. Yeraltı təkanlar bir neçə saniyə davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.