İdman

Futbolda inqilab: Məşqçilər videotəkrar tələb edə biləcəklər

3 Mart 2026 19:17
Baxış: 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə Futbol Assosiasiyası (FA) videotəkrar sisteminin (VAR) tətbiqi ilə bağlı mövcud protokolda əsaslı dəyişikliklər etməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Britaniya futbolunun ali idarəetmə orqanı baş məşqçilərə öz təşəbbüsləri ilə VAR-a müraciət etmək hüququ verməyi planlaşdırır.

Layihə müəllifləri hesab edirlər ki, bu addım oyun zamanı yaranan mübahisəli məqamları minimuma endirəcək, eyni zamanda sistemin istifadəsini tənzimləyən hazırkı qaydalar səbəbindən yaranan uzun fasilələrin sayını azaltmağa kömək edəcək.

Əgər dəyişiklik rəsmi şəkildə qəbul edilərsə, VAR sistemindən əsasən ofsayd kimi konkret - faktiki qərarların dəqiqləşdirilməsi üçün istifadə olunması proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.