İranın Riyaddakı ABŞ səfirliyinə təşkil etdiyi son hücumdan sonra "Əl-Nəsr" klubunun ulduzu Kriştiano Ronaldo ailəsinin təhlükəsizliyini təmin etmək üçün təcili qərar verib.
Milli.Az xəbər verir ki, ötən gecə Riyadda ABŞ səfirliyinin hədəf alınması və artan raket zərbələri futbolçunu hərəkətə keçməyə məcbur edib.
Portuqaliyalı ulduz ailəsi ilə birlikdə 70 milyon avro dəyərindəki xüsusi reaktiv təyyarəsinə minərək yerli vaxtla saat 21:00 radələrində Riyaddan havaya qalxıb.
Təyyarənin Misir və Aralıq dənizi üzərindən keçərək İspaniyanın paytaxtı Madridə üz tutduğu bildirilir.
Körfəz bölgəsindəki gərginlik səbəbindən Asiya Futbol Konfederasiyası (AFC) strateji qərarlar qəbul edib:
Təhlükəsizlik mülahizələrinə görə bölgədə keçirilməsi planlaşdırılan 8 rəsmi qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.
Ronaldonun Səudiyyə Ərəbistanına nə zaman qayıdacağı məlum deyil. Məlumatlara görə, o, regionda vəziyyət tam sabitləşənə qədər Madriddə qalmağı planlaşdırır.
Lalə Qüdrətova
Milli.Az





