Ermənistan

Kirayədə qaldığını deyən Akopyanın sərvəti - Siyahı

28 Fevral 2026 00:40
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Nikol Paşinyandan boşandığını elan edən Anna Akopyan hökumət evini tərk etdiyini, hər hansı malikəsinin, avtomobilinin olmadığını açıqlamışdı.

Milli.Az axar.az-a istinadən bildirir ki, Akopyan sonuncu illik gəlir və əmlak bəyannaməsini doqquz ay əvvəl təqdim edib.

Beləliklə, Akopyan üç avtomobil bəyan edib: 2008-ci il istehsalı "Nissan", 2006-cı il istehsalı "Reno" və 2004-cü il istehsalı VAZ.

O, həmçinin yeni binada mənzil, İrəvanın Şenqavit inzibati rayonunda 45.500.000 drama satılan mənzil, 2006-cı ildən miras qalan İrəvanda ortaq mülkiyyətli mənzili olduğunu elan edib.

Bundan əlavə, Anna Akopyan bunları bəyan edib:

"İjevanatun" QSC-dən 49.350.000 dram kredit,

"Mənim addımım" Fondundan 13.259.798 dram maaş,

"Haykakan Yamanak" qəzetindən 2.500.000 dram maaş.

40.000 dollar bank depoziti,

10 milyon dram bank depoziti,

3.622.308 dram nağd pul,

8.500 dollar nağd pul,

Akopyanın ümumi illik gəliri 105 milyon 876 min 371 (təxminən 477 min 420 min manat) dram təşkil edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.