Sınamadığı üsul qalmamışdı - Bir ildə 32 kilo arıqladan 3 addım - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nikki Madoç uzun müddət müxtəlif pəhrizlər və idman proqramları sınasa da, qalıcı bir nəticə əldə edə bilmirdi. Lakin sonda mənimsədiyi yeni həyat tərzi sayəsində 32 kilodan çox arıqlamağı bacardı. Bu gün o, həm qidalanma koçu kimi fəaliyyət göstərir, həm də sosial mediada təcrübələrini paylaşaraq minlərlə insana ilham verir.
Milli.Az xəbər verir ki, Nikki uşaqlıqdan bəri çəki problemi ilə mübarizə apardığını və stresli olduğu zamanlarda həddindən çox yemək yediyini deyir. O, bu dəfə fərqli bir yol seçir.
Arıqlamağa başlayanda istəməsə də, öz şəkillərini çəkir və hər gün nə yediyini, nə qədər hərəkət etdiyini qeyd edir.
Keçmişdə qarşısına "20 kilo arıqlayacam" kimi böyük hədəflər qoyub ruhdan düşən Nikki, bu dəfə sadəcə "hər öyünümü 30 gün boyunca izləyəcəm" deyərək kiçik hədəflərlə başlayır.
Hər ay hədəfinə çatanda özünə yeməklə əlaqəsi olmayan hədiyyələr (məsələn, ayaq masajı aparatı, saç boyama və s.) alaraq motivasiyasını yüksək tutur.
Qidalanma vərdişlərini dəyişmək
Nikki əvvəlcə nə qədər çox yediyini fərq edəndə şoka düşdü. O, pəhrizini tamamilə yeniləyir.
Əvvəllər bir öyündə normaldan 3 qat çox yediyini anlayır və porsiyalarını kiçildir.
Zülallara (protein), meyvə və tərəvəzlərə üstünlük verir. Sevimli yeməklərini daha sağlam versiyada hazırlamağı öyrənir.
Arada özünə sevdiyi "təhlükəli" yeməklərdən yeməyə icazə verir, lakin dərhal sonra rejiminə qayıdır. Beləcə, günahkarlıq hissindən xilas olur.
Sevimli idman növünü tapmaq
Nikki əvvəllər özünü nifrət etdiyi idman növlərinə (məsələn, qaçış) məcbur edirdi. Bu dəfə isə yanaşmasını dəyişdi:
O, konki sürməyə (paten) başladı. Bu, onun üçün məcburi məşq deyil, sevimli hobbiyə çevrildi.
İlk 15 kilonu yalnız qidalanma ilə verdikdən sonra ağırlıq qaldırmağa və buz üstündə konki sürməyə başladı. Bu, bədəninin daha sıx və formalı görünməsini təmin etdi.
Nikkinin məsləhəti: "Əsas məsələ sabitlikdir. Hər şeyi bir anda dəyişib özünüzü yormayın. Kiçik dəyişikliklərlə başlayın. Bir gün rejimdən çıxsanız belə, təslim olmayın və növbəti gün davam edin. Nəticəyə deyil, vərdişlərinizə sadiq qalmağa fokuslanın."
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı





