Ermənistan

Ermənistanda nazir saxlanıldı

8 Aprel 2026 14:08
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Antikorrupsiya Komitəsi keçmiş Əmək və Sosial Məsələlər naziri Artem Asetryanı saxlayıb.

Milli.Az Sputnik Ermənistana istinadən xəbər verir ki, daha əvvəl keçmiş deputat və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sabiq rəhbəri Arman Saakyanın da saxlanıldığı bildirilmişdi.

Digər bir neçə keçmiş yüksək vəzifəli şəxsin də saxlanıldığı barədə məlumatlar yayılıb.

Artem Asetryan məhz həmin iş çərçivəsində saxlanılıb.

Qeyd edək ki, o, 2011-2018-ci illərdə nazir vəzifəsini icra edib.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.