Ermənistan

Ermənistanda Metsamorun işi dayandırıldı - SƏBƏB

2 Aprel 2026 15:50
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti planlı təmir işlərinə görə beş aylıq dayandırılıb.

Milli.Az xəbər verir ki, bu addım stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması məqsədi daşıyır. Təmir ümumilikdə 153 gün davam edəcək ki, bu da adi illik texniki baxışdan (təxminən 45 gün) xeyli uzundur. Uzun müddət işlərin geniş miqyası ilə əlaqələndirilir.

Stansiyanın baş direktoru Eduard Martirosyanın sözlərinə görə, yeni sistemlərin quraşdırılması üçün "Rosatom" ilə saziş imzalanıb. Əvvəlcə təmirin 160 gün davam edəcəyi planlaşdırılsa da, sonradan bu müddət 140 günə endirilib. Bununla belə, blokun dayandırılması və yenidən işə salınması əlavə vaxt tələb edir.

Layihənin ikinci mərhələsində soyutma sisteminin yenilənməsi nəzərdə tutulur. Gələcəkdə isə Ermənistanda modul tipli yeni AES-in tikintisi planlaşdırılır və bu barədə qərarın 2026-2027-ci illərdə verilməsi gözlənilir.

Qeyd edək ki, Metsamor AES ölkənin elektrik enerjisi tələbatının təxminən üçdəbirini qarşılayır. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.