İdman

Ulduz futbolçuya gözlənilməz ittiham: 10 il həbs cəzası...

2 Aprel 2026 15:43
Baxış: 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasında çıxış edən "Elçe" futbol klubunun hücumçusu Rafa Mirin adı böyük qalmaqala qarışıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İspaniya prokurorluğu ulduz futbolçu üçün ağırlaşdırılmış cinsi təcavüz ittihamı ilə 10 il 6 ay həbs cəzası tələb edib.

Ötən ay baş tutan məhkəmə prosesində futbolçuya qarşı irəli sürülən iddialar ölkə gündəmini sarsıdıb. Hadisənin təfərrüatına görə, Mir gecə klubunda tanış olduğu iki qadınla münasibətdə günahlandırılır.

Futbolçu isə bütün ittihamları rədd edərək günahsız olduğunu müdafiə edib. Onun sözlərinə görə, baş verənlər qarşılıqlı razılıq əsasında olub. Mir gecə klubunda tanış olduğu qadınlardan biri ilə orada, digəri ilə isə evində yaxınlıq etdiyini, lakin heç bir zorakılığın baş vermədiyini bildirib.

Hazırda məhkəmə prosesi davam edir və futbol dünyası bu qalmaqallı işin yekun qərarını gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.