Bir ailədə 6 uşaq dəm qazından zəhərlənib, 2-si reanimasiyadadır - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Azyaşlıların vəziyyəti ilə bağlı Sumqayıt Tibb Mərkəzindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub:
Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub.
Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir".
Qeyd edək ki, bu xəbəri ilk Bakupost.az yaymışdır.
Milli.Az
_____________
Saat - 11:50
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində (Nasosnu) 9 uşaq atası olan Cəbrayılov Kamil Balahüseyn oğlunun 6 övladı dəm qazından zəhərlənib.
Milli.Az xəbər verir ki, hadisə dünən saat 05:00 radələrində baş verib.
Kamil Cəbrayılov saytımıza açıqlamasında bildirdi ki, övladlarını qonşular xilas edib:
"Kuryer işləyirəm. Qonşu mənə zəng etdi ki, uşaqların vəziyyəti ağırdır.
Böyük uşaqlar balacaları çimizdirərkən hamamın qapısı bağlı qalıb və içəri girmək mümkün olmayıb. Köməyə gələn qonşular qapını sındıraraq onları çıxarıblar".
Uşaqlar təcili tibbi yardım vasitəsilə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.
Hazırda 2 uşaq reanimasiya şöbəsindədir, digər 4-nün vəziyyətinin isə nisbətən stabil olduğu bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
-
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
-
Psixiatriya xəstəxanasında meyit tapıldı
-
Lalə xəstəxanada ölməyib - TƏBİB-dən açıqlama - Yenilənib - Foto
-
39 yaşlı kişi maşında öldü
-
Daşkəsəndə sel suları: İri qaya parçaları kəndin yolunu bağladı - (Foto)
XƏBƏR LENTİ
-
“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı
-
Türkiyədə mədən çökdü - Ölən və yaralananlar var
-
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
-
Bu şəhərdə velosiped sürmək qadağan edildi
-
Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub
-
FIFA Argentina milli komandasını cəzalandırıb
-
MİQ-in müsahibə mərhələsi başlayır
-
15 saniyəlik video, milyonlarla pul: - TikTok necə varlandırır?
-
Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir
-
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
-
Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
-
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
-
“ABŞ ilə münaqişəni indi bitirsək yaxşıdır”
-
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
-
Portuqaliyada niqaba qadağa qoyuldu
-
Anar Nəcəfliyə yeni vəzifə verildi
-
Mabel Matizlə bağlı qərar verildi
-
""Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
-
Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - (Video)
-
Şimali Koreya nəhəng raketini Rusiyaya verdi
-
BOKT-un vəzifəli şəxsləri cərimələndi
-
Agentlikdən məktəbli forması ilə bağlı valideynlərə müraciət
-
Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək - Sahil Kərimli





