"Qəbiristanlığa gedib ölünü ziyarət etmək mənə çatmır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Nura Suri səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçinin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, mərhum nənəsi ilə bağlı xatirələrindən danışarkən fərqli düşüncələri ilə diqqət çəkib.
Nura Suri bildirib ki, ən yaxın insanlarından biri olan nənəsini tez-tez xatırlasa da, qəbir ziyarətinə getməyə xüsusi ehtiyac duymur. Onun sözlərinə görə, dünyasını dəyişən insan artıq başqa bir aləmdədir və qəbir üstünə getməyin həmin şəxsə nə verdiyini anlamır.
İfaçı əlavə edib ki, nənəsinin şəkli daim onun yanında, yataq otağında yerləşir və bu, onun üçün daha mənəvidir. O, həmçinin ölümündən sonra insanların onun üçün ağlayıb-ağlamamasının və ya ziyarətə gəlib-gəlməməsinin onun üçün əhəmiyyət daşımadığını vurğulayıb.
Sənətçi insanların fikirlərinə çox önəm vermədiyini də qeyd edib. O bildirib ki, həyatında baş verən yaxşı və ya pis hadisələrdə kənardan fikir bildirən şəxslərin heç bir rolu yoxdur:
"Ən əziz insanım nənəm olub, artıq rəhmətə gedib. Yadıma gəlmir ki, sonuncu dəfə nə vaxt qəbir üstünə ziyarətə getmişəm. Mənə çatmır ki, ora getmək torpağa qarışmış insana nə verir? Başqa dünya varsa, o artıq oradadır. Mən qəbir üstünə getməklə nə etmək istəyirəm ki? Nənəmin şəkli mənim yatağımın yanındadır. Öləndən sonra kimsə gəldi-gəlmədi, ağladı-ağlamadı - bunlar məni maraqlandırmır. İnsanların fikrinə o qədər də önəm vermirəm. Həyatımda baş verən yaxşı və ya pis hadisələrdə həmin danışan insanların heç bir rolu yoxdur".
Bu açıqlama izləyicilər arasında fərqli reaksiyalar doğurub. Bəziləri onun fikirlərini səmimi və fərdi yanaşma kimi qəbul etsə də, digərləri bu mövqeni tənqid edərək ənənəvi dəyərlərlə ziddiyyət təşkil etdiyini bildiriblər.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





