Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində yeni təkliflər irəli sürülüb. Hazırda qüvvədə olan sistemə görə, müəllim yalnız üç dəfə uğurlu nəticə əldə etdikdən sonra sertifikatlaşdırma imtahanından azad olunur".
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat təklif edib ki, iki dəfə uğur qazanan müəllimlər də bu imtahandan azad edilsin:
"Bu yanaşma həm müəllimlərin üzərindəki psixoloji yükü azalda, həm də onların vaxt və resurslarına qənaət edə bilər.
Digər mühüm məsələ isə sertifikatlaşdırmanın əməkhaqqına təsiri ilə bağlıdır. Mövcud qaydalara əsasən, imtahanda yüksək nəticə göstərən müəllimlərin maaşına əlavə olunur. Belə ki, 51 və daha çox bal toplayan müəllimlərin əməkhaqqı 35%, 30-50 bal arası nəticə göstərənlərin isə 10% artırılır.
Təklif edilən dəyişikliklərə görə, qiymətləndirmə daha ədalətli və beynəlxalq təcrübəyə uyğun şəkildə qurulmalıdır. Məsələn, 80% və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqının 35% artırılması məqsədəuyğun hesab olunur. Bu isə təxminən 48 və daha çox bal toplayan müəllimləri əhatə edə bilər.
Bu dəyişikliklərin həyata keçirilməsi minlərlə müəllimin sosial rifahının yaxşılaşmasına, onların motivasiyasının artmasına və ümumilikdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, qiymətləndirmə sisteminin daha şəffaf və ədalətli olması müəllimlər arasında rəqabəti sağlam şəkildə təşviq edər.
Bundan əlavə, minimum əməkhaqqının ildə bir dəfə yenidən nəzərdən keçirilməsi də iqtisadi və sosial baxımdan əhəmiyyətlidir. Bu addım əhalinin gəlirlərinin inflyasiyaya uyğunlaşdırılmasına, alıcılıq qabiliyyətinin qorunmasına və ümumi iqtisadi sabitliyin təmin olunmasına xidmət edir"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
3 kilo yarım "çiy köftə" YEDİ: 3.700 manat qazandı - VİDEO
-
WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır - Əfqanıstan rəsmisi
-
Bu BÜRCLƏR ilin sonuna qədər yeni İŞ TAPACAQLAR
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar





