Hadisə, Kriminal

Bakıda doğum günündə ərini öldürən qadının MƏHKƏMƏSİ

2 Aprel 2026 16:03
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Nərgiz Quliyevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini təkli edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nərgiz Quliyevanın ittiham olunduğu CM-nin 120.1-ci maddəsi məcəllənin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Məlumata görə, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiq Quliyevi bıçaqlayaraq qətlə yetirib. Münaqişəyə səbəb zərərçəkən şəxsin ad günündə ailəsi ilə birgə spirtli içki içməsi və yoldaşının ona bu səbəbə görə irad bildirməsi olub. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və Nərgir Quliyevaya Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.