İdman

“Qalatasaray” bu futbolçusuna 80 milyon qiymət qoydu

2 Aprel 2026 16:43
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" futbol komandasının heyətində və Türkiyə millisində nümayiş etdirdiyi oyunla Avropa klublarının diqqət mərkəzinə düşən Uğurcan Çakırın transfer qiyməti bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İstanbul təmsilçisi təcrübəli qolkiper üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Sarı-qırmızılı rəhbərlik 29 yaşlı qolkiper üçün ən azı 40 milyon avro (80 milyon AZN) bonservis haqqı gözləyir. Mövsümün əvvəlində bonuslarla birlikdə 30,5 milyon avroya (61 milyon AZN) transfer edilən milli futbolçunun dəyərinin artmasında onun Çempionlar Liqasındakı çıxışı və Türkiyə yığmasının 24 ildən sonra dünya çempionatına vəsiqə qazanmasındakı payı böyük rol oynayıb.

Lakin "Qalatasaray" azarkeşləri bu məbləğlə razılaşmayaraq sosial şəbəkələrdə etirazlarını bildiriblər. Tərəfdarlar Uğurcanın performansına görə satış qiymətinin minimum 50 milyon avro (100 milyon AZN) olması gərəkdiyini müdafiə edirlər.

Hazırda İngiltərə Premyerliqası klublarının yaxından izlədiyi futbolçunun transferində bu rəqəmin daha da yüksələ biləcəyi istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.