İdman

İtaliya futbolunda böyük təmizləmə: Qattuzo və Buffon gedir

2 Aprel 2026 14:00
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya millisinin DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovinaya uduzaraq mundialdan kənarda qalması ölkə futbolunda zəlzələ effekti yaradıb. Baş məşqçi Cennaro Qattuzonun gedişindən sonra komandanın nümayəndə heyətinin rəhbəri Canluici Buffonun da vəzifəsini tərk edəcəyi məlum olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 2023-cü ildən bu vəzifəni icra edən əfsanəvi qolkiper iyun ayına qədər postunda qalacaq, daha sonra isə vidalaşacaq. Hazırda İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinanın da gələcəyi sual altındadır. İtaliyanın idman naziri Andrea Abodi artıq federasiya rəhbərliyini istefaya çağırıb.

Qattuzonu əvəzləmək üçün əsas namizədlər artıq bəllidir. Federasiyanın siyahısında ilk sıralarda Antonio Konte və hazırda "Milan"ı çalışdıran Massimiliano Alleqri yer alır.

Qeyd edək ki, İtaliya millisi tarixində ilk dəfə ardıcıl üç dünya çempionatını (2018, 2022, 2026) buraxaraq antirekorda imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.