Cəmiyyət

MİDA-da yüksək vəzifəyə TƏYİNAT

2 Aprel 2026 15:04
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə Şöhrət Süleymanlı təyin edilib.

Ş.Süleymanlı 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayınadək MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda 2024-cü ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur.

Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə isə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb. O, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib.

Bununla yanaşı, Ş.Süleymanlı 2023-cü ilin noyabr ayından Azərbaycan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Ümumi iqtisadiyyat - iqtisadi modelləşdirmə ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.