Dünya

Paşinyan Putinlə görüşündən nələri danışdı?

2 Aprel 2026 15:10
Baxış: 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Milli.Az xəbər verir ki, görüş zamanı Ermənistan Baş naziri bir sıra açıqlamaları ilə diqqət çəkib.

Belə ki, Vladimir Putin Ermənistanda daxili siyasi proseslərin iştirakçılarının bəzilərinin Rusiya pasportuna sahib olmalarına baxmayaraq, cəzaçəkmə müəssisələrində olmalarına dair fikirlər səsləndirib. Ermənistan mediası Rusiya liderinin burada hazırda İrəvanda ev həbsində olan "Taşir" şirkətinin rəhbəri, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanı nəzərdə tutduğunu vurğulayıb.

Paşinyan isə Rusiya liderinin bu açıqlamasına cavab olaraq, Ermənistan həbsxanalarında siyasi məhbusların olmadığını deyib. 

Eyni zamanda, Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya etdiyi səfərini çox uğurlu adlandırıb.

"Mədəniyyətdən hərbi-texniki əməkdaşlığa qədər gündəlikdə duran bütün sahələr üzrə konkret razılaşmalar əldə etdik. Səfəri çox uğurlu hesab edirəm", - deyə o, jurnalistlərlə söhbətində bildirib.

Xatırladaq, Ermənistanın baş naziri aprelin 1-də Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.